FAQ

Bağlama Smart Customs sistemi və Yumecs saytında bəyan edildikdən sonra Moskvadan Bakıya çatdırılma müddəti 5-7 iş günü təşkil edir.

Çatdırılma dəyəri Moskvada yerləşən anbarımızdan Bakı anbarına qədər olan çatdırılmaya görə hesablanan məbləğdir.
Çatdırılma dəyəri ilə veb saytımızın " Tariflər " bölməsində tanış ola bilərsiniz.

Çatdırılma dəyəri bağlamavızın çəki və ölçülərinə müvafiq olaraq tarfilər cədvəlinə əsas hesablanır.
Onlayn kalkulyatordan istifadə edərək təxmini göndərmə xərclərini hesablaya bilərsiniz.

 

Daşınması qadağan olan məhsulların siyahısı ilə aşağıda qeyd olunan linkdə tanış ola bilərsiz:
https://customs.gov.az/az/ferdler-ucun/poct-gonderisleri/

Qeyd: Mobil telefonların daşınması həyata keçirilmir.

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər:

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar

Yerli bir kuryer şirkətinin köməyi ilə özünüz ofisimizə göndərə bilərsiz, biz də öz növbəmizdə, Moskva ünvanında aldıqdan sonra, Bakıya bağlamanı göndərəcəyik.